4 sığorta şirkəti maliyyə zərərinə uğrayıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-ü ötən il maliyyə mənfəəti əldə etməyib. Bunlar "Xalq Həyat Sığorta", "Standard Insurance" Sığorta Şirkəti, "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lərdir.
Maliyyə zərərinin ən yüksək həddi "Xalq Sığorta"da (17 milyon 656 min manat), ən aşağı həddi isə "Xalq Həyat Sığorta"da (1 milyon 109 min manat) qeydə alınıb.
Qalan 17 sığorta şirkəti isə müxtəlif məbləğlərdə maliyyə mənfəət əldə edib. Bu baxımdan ən yüksək göstərici "PAŞA Həyat Sığorta" ASC-də (40,236 milyon manat), ən aşağı göstərici isə "Rəvan Sığorta" ASC-də (247 min manat) qeydə alınıb.
6 sığorta şirkətinin maliyyə mənfəəti azalıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki maliyyə mənfəəti illik müqayisədə çox olub.
Bunlar "Günay Sığorta", "Amrah Sığorta", "Qala Həyat Sığorta", "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta", "Rəvan Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərdir.
Ən yüksək dinamika "Günay Sığorta"da (14,8 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta"da (5,4%) qeydə alınıb.
6 şirkətin - "Meqa Sığorta", "A-Qrup Sığorta", "Bakı Sığorta", "İpək Yolu Sığorta" ASC-lər, "Azərsığorta", eləcə də "Azsığorta" ASC-nin isə maliyyə mənfəəti illik müqayisədə az olub. Ən çox azalma "Azsığorta"da (82,3%), ən az azalma isə "Meqa Sığorta"da (22,4%) qeydə alınıb.
2 şirkətin - "Xalq Həyat Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lərin isə maliyyə zərəri artıb - müvafiq olaraq 36,3 dəfə və 73,2%.
2 şirkət - "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lər ötən il maliyyə zərəri ilə üzləşib, əvvəlki il isə maliyyə mənfəəti əldə edib, 3 şirkət - "Atasığorta", "Atəşgah Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lər isə ötən il maliyyə mənfəəti əldə edib, əvvəlki il maliyyə zərəri ilə üzləşib, odur ki, bu şirkətlərin maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)
















.jpg)