Azərbaycanın tanınmış bankı 6 milyon manatdan çox xalis mənfəət açıqladı
Unibank 2020-ci ilin 1-ci rübünü 6 milyon 321 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2019-cu ilin 1-ci rübünü 8 milyon 54 min manat zərər ilə bağlamışdı. Zərər ehtiyata ayırmadan qaynaqlanmışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Unibank-ın cəmi əməliyyat gəlirləri 28 milyon 278 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 459 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 819 min manat əməliyyat mənfəəti yaranıb. Mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatdan azad olmuş 2 milyon 502 min manat mənfəətə əlavə edilib və nəticədə Unibank ilk rübü 6 milyon 321 min manat xalis mənfəət ilə bağlayb.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
2019-cu ilin 1-ci rübünə nisbətən 2020-ci ilin ilk rübündə Unibank-ın faiz gəlirləri 2 milyon 104 min manat və ya 10,5% artaraq 22 milyon 190 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 469 min manat və ya 19,4% azalaraq 6 milyon 88 min manata düşüb. 2019-cu ilin 1-ci rübünə nisbətən 2020-ci ilin ilk rübündə Unibankın cəmi əməliyyat gəlirləri 635 min manat artıb.
FAİZ XƏRCLƏRİ AZALIB, QEYRİ-FAİZ XƏRCLƏRİ ARTIB
2019-cu ilin 1-ci rübünə nisbətən 2020-ci ilin 1-ci rübündə Unibankın faiz xərcləri 657 min manat azalaraq 7 milyon 166 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 746 milyon manat artaraq 17 milyon 293 min manat təşkil edib. Bankın cəmi əməliyyat xərcləri 2 milyon 89 min manat artıb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
Cəmi əməliyyat gəlirlərinin 635 min manat artması ilə bərabər, cəmi əməliyyat xərclərinin daha çox - 2 milyon 89 min manat artması Unibankın bu ilin ilk rübündə əməliyat mənfəətinin 1 milyon 454 min manat az olmasına səbəb olub. 2019-cu ilin ilk rübündə 5 milyon 273 min manat təşkil etmiş əməliyyat mənfəəti 2020-ci ilin ilk rübündə 3 milyon 819 min manata geriləyib.
2019-cu ilin ilk rübündə Unibank mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyata 13 milyon 326 min manat ayırdığından əməliyyat mənfəəti silinmiş və həmin rübü 8 milyon 54 min manat zərər ilə başa vurmuşdu.
İSTEHLAK KREDİTLƏRİ AZALIB, BİZNES KREDİTLƏRİ ARTIB
2020-ci ilin ilk 3 ayında Unibank tərəfindən müştərilərə verilmiş kreditlər 13 milyon 37 min manat aratarq 31 Mart 2020-ci il tarixində 520 milyon 506 min manat çatıb. İstehlak kreditləri 17 milyon 810 min manat azalıb, biznes kreditləri 20 milyon 891 min manat, daşınmaz əmlak kreditləri isə 9 milyon 956 min manat artıb.
31 Mart 2020-ci il tarixində Unibank 755 milyon 945 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 787 milyon 198 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması nağd pul vəsaitlərinin azalması ilə bağlıdır.
İlk rübdə Unibankda depozitlər 37 milyon 219 min manat azalaraq 486 milyon 767 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 33 milyon 502 min manat azalaraq 383 milyon 669 min manata düşüb.
Martın sonunda Unibank 86 milyon 556 min manat məcmu kapitala malik olub.
BANKIN SƏDRİ 2-Cİ RÜBÜN ÇƏTİN KEÇƏCƏYİNİ GÖZLƏYİR
“Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2020-ci ilin ikinci rübü bank sektoru üçün o qədər də asan keçməyəcək:
"İkinci rübün də ölkə iqtisadiyyatı, eləcə də bank sektoru üçün o qədər də asan keçməyəcəyi aydındır. Bununla belə, Unibank olaraq ölkə iqtisadiyyatına, real sektora dəstəyimizi davam etdirmək, hər bir müştərimizin yanında olmaq, onlara xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq istiqamətində komandamızla birlikdə səylərimizi daha da artıracağıq”.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 8 d. əvvəl
-
- 28 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 44 d. əvvəl
- 49 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir























