Ötən il 63,4 min işə baxılıb
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 63,4 min işə baxılmışdır ki, bu da 2018-ci ilin göstəricisindən 2,1 faiz çoxdur.
Onların 47,4 faizi idarəçilik qaydaları, 4,8 faizi yol hərəkəti qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,1 faizi sağlamlıq, 3,7 faizi mülkiyyət, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 1,1 faizi gömrük qaydaları əleyhinə olan, 3,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olmuşdur.
2019-cu ildə baxılmış işlərin 64,8 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 24,7 faizinin icraatına xitam verilmiş, 9,2 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 1,3 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilmişdir.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 5,0 faiz artaraq 41,1 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 53,2 faizinə inzibati cərimə, 23,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 19,7 faizinə inzibati həbs, 1,9 faizinə ictimai işlər, 1,6 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
1 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
1 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
1 gün əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 1 gün əvvəl