“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi təzyiq altında qalmaqdadır. Texniki təhlilərə əsasən, məzənnə 1.09$-ın altında qaldıqca, 1.07$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 12:00-da Avrozonanın xidmət və sənaye sektorları ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər də avro/dollar qiymətinə təsiri baxımından investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də təzyiqa altındadır. Həm dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, həm də neft qiymətlərində ucuzlaşma funtun qiymətlərinə təzyiq edir.
Beləliklə, məzənnənin gələcək trendi fonunda enerji birjalarında neftin qiyməti və çərşənbə axşamı saat 10:00-da İngiltərənin əmək bazarına dair yayımlanacaq fundamental göstəricilər önəmli rol oynayacaqdır.
TRY
USD/TRY məzənnəsi çərşənbə günü saat 15:00-da TCMB tərəfindən açıqlanacaq faiz qərarı öncəsi, 2018-ci ilin sentyabr ayından etibarən ən yüksək səviyyələrində -6.83TL-nin üzərində dalğalanmaqdadır.
Qeyd etmək lazımdır ki, Türkiyədə xarici investisiyaların azalması və nəticədə inflyasiyanın yenidən artması riskləri, lirəyə təzyiqlərin daha artmasına səbəb olur.
OIL
Enerji birjalarında dayanıqlı neft qiymətlərinin təmin edilməsi istiqamətində neft ölkələri tədbirlərinin məhdud təsiri, Avropanın Brent markalı neftinin bir barel qiymətinin 27$-a kimi ucuzlaşmasına səbəb olur. Qiymət sözügedən səviyyənin altında qalarsa, 22$-a kimi dəyər itirə bilər.
Çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatlarına dair önəmli fundamental göstəricilər də böyük maraqla izlənilir.
GOLD
Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiymətində ucuzlaşma müşahidə edilir. Təhlillərə əsasən, qiymət 1672$-ın (53.8 $/qram) qırılması ilə 1647 (53 $/qram) və 1625$-a (52.3 $/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























