Tanınmış iş adamı haqqında yazılanlara cavab verdi
"Guya mənə məxsus bir təyyarəmlə karantin məhdudiyyətlərinə baxmayaraq, Londondan Fransanın cənubuna istirahət və əyləncə üçün səyahət etdiyim haqqında xəbərlər saxtadır"Azərbaycanlı iş adamı və sahibkar, "Union Grand Energy PTE" MMC-nin sahibi və təsisçisi Anar Əlizadə son zamanlar haqqında yazılan böhtan xarakterli məlumatlara dair bəyanat yayıb.
Marja xəbər verir ki, bəyanatda deyilir:
"Əziz oxucular!
Ümid edirəm ki, belə çətin zamanda hər biriniz sağlam və təhlükəsiz şəraitdəsiniz. Bir çoxlarınız kimi mən də 14 martdan bəri vətənimə səyahət etmək imkanı olmadan ailəmlə karantin rejiminə riayət edirəm.
Dünyanın COVID-19 pandemiyası ciddi şəkildə bürüdüyü zaman və milyardlarla insanların karantin rejimi şəraitində yaşadığına, bəzilərinin isə sevdiklərini itirdiyinə baxmayaraq, belə çətin dövrlərdə böhtan xarakterli xəbərlərdən istifadə etməyə və bu cür hərəkətlərin arxasında öz gizli niyyətləri olan bəzi qüvvələr meydana çıxıb. Təbii ki, bu cür hərəkətlərin arxasında kimin dayandığını aşkar güman etmək olar.
Son bir neçə gün ərzində bəzi media mənbələri, mənə məxsus bir təyyarəmlə karantin məhdudiyyətlərinə baxmayaraq, Londondan Fransanın cənubuna istirahət və əyləncə üçün səyahət etdiyim haqqında saxta xəbərlər yaydılar. Digərləri isə guya mənə qarşı cinayət ittihamlarının sürüldüyünü və hətta həbs olunduğumu bildirir, halbuki mən 14 mart 2020-ci il tarixindən Avropada olmamışam. Məhz həmin zamandan ailəmlə birlikdə hal-hazırda olduğum ölkənin karantin rejiminin məhdudiyyətlərinə ciddi riayət edirəm və evdən çalışıram.
Baxmayaraq ki, beynəlxalq mediada heç bir azərbaycanlının və xüsusilə də mənim adım çəkilməyib, müəyyən qüvvələr yenə mənim nüfuzuma xələl gətirmək niyyəti ilə bəzi media mənbələri vasitəsilə mənim adımdan geniş istifadə etməyə çalışırlar.
Nəzərinizə çatdırıram ki, artıq hüquqşünaslarım həmin media mənbələri ilə əlaqə saxlayıb və mən öz nüfuzumu qorumaq üçün bütün zəruri hüquqi addımları atmaq niyyətindəyəm. Hüquqşünaslarımdan olan məktubu diqqətinizə çatdırıram. Keçmiş əsassız iddialara gəldikdə isə hesab edirəm ki, artıq bunu dəfələrlə cavablandırmışam və bu aydın şəkildə aşağıdakı resursda öz əksini tapıb: www.azerbaijananonymousexplained.com
Hər birinizə sağlam və təhlükəsiz qalmağınızı arzu edirəm!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın















.jpg)







