Azərbaycanın aylıq ixracı 1 milyard dollardan aşağı düşdü
2020-ci ilin ilk 3 ayında Azərbaycanın ixrac əməliyyatlarının həcmi 4 milyard 206 milyon 765 min ABŞ dolları təşkil edib.
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, diqqəti cəlb edən ixracın aydan aya azalmasıdır.
Yanvarda 2 milyard 130 milyon dollar təşkil etmiş ixracın həcmi Fevralda 1 milyard 119 milyon dollara, Martda isə 957 milyon dollara düşüb.
2019-cu ilin Yanvar ayında ixracın həcmi 1 milyard 279 milyon dollar, Fevralda 1 milyard 872 milyon dollar, Martda isə 1 milyard 333 milyon dollar təşkil etməklə cəmi 4 milyard 484 milyon dollar olmuşdu.
2020-ci ilin Yanvarında Azərbaycanın ixracının məbləğinin yüksək olması ilk 3 ayda cəmi ixracın kəskin azalmasının qarşısını alıb.
2020-ci ilin Mart ayında idxalın həcmi Yanvar ayı ilə müqayisədə yüksək, Fevral ayı ilə müqayisədə isə aşağı olub. Yanvarda 721 milyon dollar həcmində olmuş idxal Fevralda 1 milyard 66 milyon dollara yüksəlmişdi. Martda isə idxalın həcmi 849 milyon dollara geriləyib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin Yanvar ayında idxalın həcmi 1 milyard 22 milyon dollar, Fevralda 1 milyard 872 milyon dollar, martda isə 969 milyon dollar təşkil etmişdi.
Qısası, ixracın azalması sürəti idxalın azalması sürətindən yüksəkdir. Mart ayında ixracın həcminin idxalın həcminə yaxınlaşması da narahatlıq yaradır.
Həmçinin oxu
Azərbaycanın idxalı azalıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























