Gəncə Beynəlxalq Xəstəxanası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı etdi
Bir sıra iri holdinq və şirkətlər kimi Gəncə Beynəlxalq Xəstəxanası da Koronavirusla Mübarizəyə Dəstək Fondun hesabına 30 min manat məbləğində ianə köçürməyi korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Əlavə olaraq bildirmək istəyirik ki, hal-hazırda fəaliyyətini 7/24 saat davam etdirən Gəncə Beynəlxalq Xəstəxanası Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükəsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri həyata keçirir. Xəstəxananın şöbələrində zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır, sanitar - gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 d. əvvəl
-
33 d. əvvəl
Müştərilərin razı və narazı qaldıqları sığorta şirkətləri açıqlandı - SİYAHI
- 45 d. əvvəl
- 45 d. əvvəl
-
46 d. əvvəl
2024-cü ilin 4 ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
50 d. əvvəl
Azərbaycanda internet bankçılıq əməliyyatlarının həcmi 18 % artıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Avropa bankı 2024-cü ildə Azərbaycanda daha güclü iqtisadi artım proqnozlaşdırır
-
1 saat əvvəl
Dünya universitetləri Bakıda və Gəncədə! - 18-19 Mayda Xaricdə Təhsil Sərgisi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya Halal Market yarmarkasında Azərbaycan məhsulları da təqdim olunub