Çin ölümcül virusa qalib gəlməyə başladığını açıqladı - "QARŞISI ALINIB"
Çində son iki həftə ərzində həm yeni tip koronavirusa yoluxmanın təzəcə təsdiq edilmiş, həm də təxmin edilən hallarının gündəlik sayında ümumən azalmaya doğru meyil müşahidə olunur.
“Sinxua” agentliyi xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen məlumat verib.
Bütün ölkədə sağalandan sonra evə buraxılan pasiyentlərin sayının artması meyli müşahidə olunur. Min Fen qeyd edib ki, bu rəqəm son günlərdə 3000 insan civarında olub.
Onun sözlərinə görə, Uxan şəhərində epidemiyanın sürətlə yayılmasının qarşısı alınıb, Xubey əyalətinin Uxan şəhərinin hüdudlarından kənarda olan lokal xəstəlik ocaqları nəzarətə götürülüb. Mi Fen əlavə edib ki, ölkənin Xubey əyalətinin hüdudlarından kənardakı regionlarında epidemik vəziyyətdə müsbət əlamətlər müşahidə olunub.
O bildirib ki, sonra xəstəliyin dəqiq profilaktikasına və nəzarətə götürülməsinə dair tədbirlər görüləcək, bu zaman mikrorayonlarda epidemiyanın profilaktikasına və nəzarətə götürülməsinə, habelə xəstələrin müalicəsinə xüsusi diqqət yetiriləcək.
Çinin açıqlamasından sonra Brent nefti 4%-dən çox bahalaşıb və barelinin qiyməti 52 dollara yaxınlaşıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















