Bu dövlət vətəndaşlarına nağd pul paylayacaq - Hər kəsə 1284 dollar veriləcək
Honq Konqdan '"vertolyot pulu" planı
Son dövrdə etiraz nümayişləri və koronavirus epidemiyası ilə mübarizə aparan Honq Konq hökuməti vətəndaşa birdəfəlik fərdi maliyyə yardımını da ehtiva edən büdcə paketi açıqlayıb.
Marja xəbər verir ki, yeni paket, xüsusilə turizm və digər sahələrdə davam edən geriləməni önləmək üçün 15.4 milyard dollarlıq büdcə nəzərdə tutur.
Maliyyə Naziri Paul Chan büdcə paketində "çətin şərtlərdə yaşayan" 18 yaş və üzərindəki bütün vətəndaşlara 10 min Honq Konq dolları məbləğində (1284 dollar) fərdi köməyin edilməsinin də yer aldığını açıqlayıb.
Çinin ölkədəki rolu səbəbilə aylardır davam edən etirazlar, Honq Konq iqtisadiyyatının 10 ildə ilk dəfə durğunluğa girməsinə səbəb olmuşdur. İqtisadçılar koronavirus epidemiyasının da ortaya çıxması ilə iqtisadi tənəzzülün 2020-ci ildə də davam edəcəyini bildirirlər.
Chan "çətin iqtisadi şərtlərin olmasına baxmayaraq, məqsədimiz şirkətləri və iqtisadiyyatı dəstəkləyib xalqın yükünü yüngülləşdirməkdir" deyib.
Chan bu il Honq Konq iqtisadiyyatının 1.5% ilə 0.5% aralığında azalacağını, 2019-da 1.2% azalma olduğunu açıqlayıb.
Honq Konqun "nağd pul paylama" (vertolyot pulu") planı iqtisadçılar tərəfindən tənqidlərə səbəb olub. İqtisadçılar vətəndaşların bu pulları xərcləyəcəklərindən şübhələnirlərər ki, belə olan halda istehlak da canlanmayacaq.
"Vertolyot pulu" - pul və maliyyə siyasətlərinin iqtisadi artımı və xərcləmələri artıra bilmədiyi vəziyyətlərdə dövlətin vətəndaşlara xərcləmələri məqsədilə əvəzsiz pul verməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















