Bu il Azərbaycan xurmaları xarici bazarlarda iki dəfə baha satılıb
“Azərbaycan 2019-cu ildə 104 milyon ABŞ dolları dəyərində xurma ixrac edib. Ümid edirəm ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixrac etdiyi xurmanın dəyəri 20 milyon ABŞ dollarını ötəcək”.
Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib.
O deyib ki, hazırda xurma anbarlarda saxlanılır və ixrac martın sonlarına qədər davam edəcək: “Azərbaycanın xurma ixrac etdiyi əsas bazarlar Rusiya, Ukrayna, Qazaxıstan və Səudiyyə Ərəbistandır”.
Assosiasiya sədri vurğulayıb ki, bu mövsümün əvvəlindən başlayaraq yəni-sentyabrın 15-dən noyabrın 15-ə qədər Rusiya və Ukrayna bazarlarına ixrac edilmiş xurmanın bazarda satış dəyəri ucuz olub: “Lakin noyabrdan etibarən xurmanın Rusiya, Ukrayna bazarlarında satış qiyməti iki dəfə artdı”.
Xatırladaq ki, "İxrac İcmalı"nın 2020-ci ilin yanvar buraxılışında qeyd edilib ki, 2019-cu il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 954 milyon ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon ABŞ dolları və ya 15,7 faiz artıb. 2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon ABŞ dolları) birinci, xurma (20,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (14,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























