"PAŞA Bank Gürcüstan" böyüyüb
2019-cu ilin sonuna "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi "PAŞA Bank Gürcüstan"ın cəmi aktivləri 495 milyon 242 min lari (297 milyon 145 min manat) olub ki, bu da 2018-ci illə müqayisədə 51,95% çoxdur. Bunun 295 milyon 548 min larisi (177 milyon 329 min manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 58,4% böyüyüb.
Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 396 milyon 31 min lari (237 milyon 619 min manat) təşkil edib ki, bu da illik müqayisədə 81,55% çoxdur. Bunun 248 milyon 145 min larisi (148 milyon 887 min manatı) müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 2,4 dəfə böyüyüb.
Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 8% azalaraq 99 milyon 211 min lariyə (59 milyon 527 min manata) düşüb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (61,8 milyon manat) qalıb.
"PAŞA Bank Gürcüstan" 2019-cu ili 8 milyon 209 min lari (4 milyon 925 min manat) zərərlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 2 milyon 574 min lari (1 milyon 545 min manat) mənfəətlə çıxmışdı.
Ötən il "PAŞA Bank Gürcüstan"ın gəlirləri 33 milyon 484 min lari (20 milyon 9 min manat), o cümlədən faiz gəlirləri 28 milyon 607 min lari (17 milyon 164 min manat), qeyri-faiz gəlirləri 4 milyon 877 min lari (2 milyon 926 min manat), xərcləri 38 milyon 271 min lari (22 milyon 963 min manat), o cümlədən faiz xərcləri 10 milyon 340 min lari (6 milyon 204 min manat), qeyri-faiz xərcləri 27 milyon 931 min lari (16 milyon 759 min manat), xüsusi ehtiyatlara ayırmaları isə 3 milyon 423 min lari (2 milyon 53 min manat) təşkil edib.
1 lari = 0,6 manat
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
3 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























