İş adamları millət vəkili seçildilər - ADLARI, İŞ YERLƏRİ
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.
“Marja”nın araşdırmasına görə, Milli Məclisə seçkilərin lider namizədləri arasında keçmişdə iş adamı olmuş şəxslər də var.
MSK-nın verdiyi məlumata, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Elnur Marat oğlu liderdir. 21.04.1978-ci il tarixində anadan olmuş Elnur Allahverdiyev “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət "Kontakt Home" mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir.
Məlumata görə, 2001-ci ildən “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 2014-cü ildən Sloveniya Respublikasının Azərbaycanda Fəxri konsuludur. 2017-ci ildə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsinə təyin olunub. “Azercell Telekom” MMC-nin İdarə Heyətinin üzvüdür.

Allahverdiyev Elnur Marat oğlu
70 saylı Masallı Şəhər Seçki Dairəsindən Məmmədov Məşhur Şahbaz oğlu liderdir. O, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. Həmçinin Məşhur Məmmədov mebel istehsalı ilə məşğul olan "Embawood" MMC-də 23%, "Embafinans" MMC bank olmayan kredit təşkilatında (BOKT) 40% paya malikdir. Məşhur Məmmədov 04.10.1963-cü il tarixində anadan olub.

Məmmədov Məşhur Şahbaz oğlu
Lider namizədlər arasında müxtəlif şirkətlərin əməkdaşları da var.
46 saylı Şirvan Seçki Dairəsindən Yusifov İltizam Balayusif oğlu liderdir. 01.12.1963-cü il tarixində anadan olmuş İltizam Yusifov “Shirvan Operating Company” şirkətində Vitse-Prezidentidir.

Yusifov İltizam Balayusif oğlu
53 saylı Quba-Qusar Seçki Dairəsindən Rafailov Anatoliy Xaimoviç öndədir. İxtisasca həkim olan Anatoliy Rafailov "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir. O, 05.02.1953 tarixində anadan olub.
66 saylı Biləsuvar Seçki Dairəsindən Məhərrəmov Bəhruz Abdurrəhman oğlu liderdir. 22.08.1983-cü il tarixində anadan olmuş Bəhruz Məhərrəmov “PAŞA Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəridir.

Məhərrəmov Bəhruz Abdurrəhman oğlu
HƏMÇİNİN OXU: Lider namizədlərin adları açıqlandı - RƏSMİ, VİDEO
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
5 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















