"Azərkosmos" Yaponiya şirkəti ilə müqavilə imzalayıb
"Azərkosmos" ASC və Yaponiyanın Yerüstü idarəetmə seqmenti üzrə xidmət təminatçısı olan "Infostellar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Universal Yerüstü Stansiya sayəsində “Infostellar” şirkəti öz müştərilərinə yüksək, çox yüksək ayırdetməli və radar peyk təsvirlərinə daha asan çıxış imkanları təqdim edəcək.
"Azərkosmos"un Universal Yerüstü Stansiyası Avropa və Asiya qitələri arasında ideal bir məkanda yerləşir. Universal Yerüstü Stansiya real vaxt müddətində digər aşağıorbitli peyklərin siqnalını qəbul edir və ötürür. 5,5 metrlik S/X diapozonlu antena sisteminə və şəbəkə infrastrukturuna malik olan yerüstü stansiya daha yığcamdır və digər aşağıorbitli peyklərin informasiyasını asanlıqla qəbul etmək imkanına malikdir. Stansiya özünün sistem imkanları baxımından müştərilərin texniki tələblərinə uyğun olaraq daha çevik xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
1 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
1 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
1 gün əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 1 gün əvvəl