“Hollywood Cinema Club” barədə Nazirliyə müraciət olunub
“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayətləri var və bunun səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmazlıqdır.
E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir: “O ki, qaldı vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddiallara, bunlar əsassızdır. Daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamentinə müraciət olunub.
Tərəfimizdən araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, saytların birində dərc olunan xəbərdə Badamdar qəsəbəsi 77 ünvanında yerləşən “Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri bildiriblər ki, obyektin müştərilərinin səhərə kimi yüksək səsli musiqi altında əylənir, daha sonra çıxıb küçədə sərxoş halda mahnı oxuyub, rəqs edirlər. Gecə saatlarında yaşanan bu vəziyyətdən narazı olan sakinlər xüsusilə azyaşlı övladları üçün narahat olduqlarını qeyd ediblər. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə 102 xidmətinə zəng edərək şikayət ediblər: “Şikayətdən sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən məsələ ilə maraqlansalar da, daha sonra “bu iş bizlik deyil”-deyə bildiriblər.
© "Report"
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)






