Keçmiş bank sədrinin həyat yoldaşı apellyasiya prosesini uduzdu
London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb.
BBC xəbər verir ki, hələ 2018-ci ildə müvafiq ittiham irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzaraq ən yüksək məhkəmə pilləsi olan Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, hər hansı gəliri olmayan Z.Hacıyevanın Londonda dəbdəbəli həyat tərzi sürməsi Milli Cinayətkarlıq Agentliyinin (NCA) diqqətindən yayınmayıb. İndi də 7 gün ərzində bu qədər var-dövlətin mənbəyi barədə müstəntiqlərə ağlabatan izahat verməlidir. Əks təqdirdə, NCA onun əmlakını müsadirə etmək üçün məhkəməyə müraciət edəcək, sonra da həmin əmlak satışa çıxarılmaqla əldə edilən vəsait dövlət büdcəsinə köçürüləcək.
Lakin Z.Hacıyeva var-dövlətinin qanuni olduğunu sübut etsə belə, NCA müstəntiqləri 60 gün ərzində onun bank hesablarını araşdıra biləcəklər. Bunun nəticəsində məsələnin bağlanacağı, yoxsa əmlakın müsadirə olunması üçün dava açılacağı barədə qərar veriləcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















