“SOCAR-ı günahlandırmaq əsassızdır və ara qızışdırmaq məqsədi güdür” - VİDEO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti gənclərlə son görüşündə ona ünvanlanan bir sıra sualları cavablandırıb. Bunlardan biri Gürcüstan pravoslav kilsəsinin şirkətdən aldığı təmənnasız qazla bu ölkə ərazisində yerləşən erməni kilsələrini təchiz etməsinə dair idi. SOCAR rəhbəri cavabında kvotanın Gürcüstan pravoslav kilsəsinə verildiyini və onların özlərinin bu kvotanı böldüyünü deyib.
Bu məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov SOCAR-ın transmilli şirkət olaraq Gürcüstandakı fəaliyyətini həmin ölkənin qanunları çərçivəsində apardığını və həmin qanunların tələblərinə tabe olduğunu deyib:
“Regiondakı geosiyasi durumdan dolayı, ölkəmiz tərəfindən müəyyən strateji layihələrin reallaşmasında Gürcüstanla əməkdaşlığın alternativi olmayıb. Bu ölkə Azərbaycanın dünya bazarına çıxışında mühüm kanaldır. Nəzərə almaq lazımdır ki, Gürcüstan fərqli millətlər, fərqli dini konfesiyalar, fərqli siyasi baxışların olduğu və fərqli ölkələrin maraqlarının toqquşduğu bir ölkədir. Bu isə zaman-zaman istər daxili, istərsə də xarici auditoriyaya yönəlik bu və ya digər məsələlərin spekulyasiya predmetinə çevrilməsinə gətirib çıxarır. Bunun nümunəsini SOCAR-ın zamanında dünya bazarına ekspansiyasını Gürcüstandan başladığı dövrlərdə görmüş olduq. Həmin vaxt şirkətə qarşı çox aqressiv və əsassız bir kampaniya başlanmışdır. Əhaliyə SOCAR-ı boykot etmək ondan benzin almamağa dair çağırışlar edilirdi və bu prosesə müəyyən mənada dini çalarlar da əlavə edilmişdi. Gürcüstanda isə din bizdəki qədər dövlətdən ayrı deyil. Əhali arasında kilsənin və onun dini rəhbərinin nüfuzu çox yüksəkdir. Bu təsisat siyasi proseslərə belə təsir etmək imkanına malikdir.
SOCAR transmilli şirkət olaraq Gürcüstandakı fəaliyyətini həmin ölkənin qanunları çərçivəsində aparır və onun tələblərinə tabedir. Son məlumatlardan da bəlli olur ki, kvotanı bölmək gürcü kilsəsinin yurisdiksiyasına aiddir və elə həmin qurumun verdiyi məlumata görə, SOCAR-dan alınan pulsuz qaz yalnız pravoslav kilsələrinə verilir. Kilsənin təmənnasız aldığı qazı kimlərəsə ötürməsi kimi məsələləri ortaya atmaq və SOCAR-ı günahlandırmaq əsassız, məntiqsiz yanaşmadır və ara qızışdrmaq məqsədi güdür.
Regionda maraqlı olan bütün tərəflərə bəllidir ki, Azərbaycan qonşu ölkəyə əhəmiyyətli həcmdə investisiyalar edib və onun enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rola malikdir. Gürcüstanla münasibətlərin müəyyən olunmuş xətdən kənara çıxması isə yolverilməzdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"


























