Azərbaycana könüllü geri qayıdanlara yardım edilir
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxslərə reinteqrasiya yardımı ilə təmin etmişdir.
Qurumun Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın almışlar.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.
TƏŞKİLATDAN AÇIQLAMA - "AVTOMOBİLLƏR HƏDİYYƏ OLUNMUR"
"Dünən təşkilatımızın yaydığı mətubat üçün açıqlamanın Azərbaycan versiyasının başlığı xəbər agentlikləri tərəfindən dəyişdirilərək Avropadan Azərbaycana könüllü qayıdanlara bahalı hədiyyə (digər versiyada avtomobil) verildi kimi qeyd olunub. Bu başlıq yanlışdır və xəbərin mətnində qeyd olunan məsələləri əks etdirmir. Qeyd edim ki, avtomobillər hədiyyə olunmur, onu könüllü geri qayıdan miqrantlar özləri öz vəsaitlərinə alır və bizim təşkilat həmin məbləğin müəyyən hissəsini ödənilməsində yardım göstərir. Bu yardım onlara özləri seçdikləri sahələr üzrə sahibkarlıq fəaliyyəti qurmaq üçün dəstəkdir, yəni buraya kənd təssərüfatı, ictimai iaşə, gözəllik salonu, dərziçilik və sair sahələr də daxildir (Bu barədə digər xəbərlə bizim saytda tanış ola bilərsiniz https://azerbaijan.iom.int/news/iom-assists-returnees-netherlands-establish-income-generating-activity)., - BMqT-nin Azərbaycandakı nümayəndəliyindən Marja-ya bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















