“Premiumbank” xəclərini azaldıb, əməliyyat mənfəətini artırıb
“Premiumbank” ASC 2019-cu ili 8 milyon 868 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 1,8 dəfə azalıb. “Premiumbank” 2018-ci ili 16 milyon 66 min manat xalis mənfəət ilə bağlamışdı. Həmin il mənfəətin 9 milyon 270 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtma hesabına idi. Ötən il Bankın, biznes fəaliyyətinin nəticəsini daha düzgün əks etdirən əməliyyat mənfəəti artıb. 2018-ci ildə “Premiumbank”ın cəmi gəlirlərinin 298 min manat artması ilə paralel, cəmi xərcləri 2 milyon 934 min manat azalıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Premiumbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 59 milyon 426 min manat, faiz və qeyri-faiz xərcləri 46 milyon 407 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 13 milyon 19 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 1 milyon 770 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılıb və 2 milyon 339 min manat mənfəət vergisi ödənilib. Nəticədə, Bank 2019-cu ili 8 milyon 868 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Premiumbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 59 milyon 128 min manat, faiz və qeyri-faiz xərcləri 49 milyon 341 min manat, əməliyyat mənfəəti 9 milyon 787 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 9 milyon 270 min manat əməliyyat mənfəətinə əlavə edilmiş və Bankın mənfəəti 19 milyon 58 min manata yüksəlmişdi. 2018-ci ildə “Premiumbank” 2 milyon 992 min manat mənfəət vergisi ödədiyindən həmin ili 16 milyon 66 min manat xalis mənfəət ilə bağlamışdı.
2018-ci ilin sonunda “Premiumbank”ın cəmi aktivləri 646 milyon 284 min manat ikən, 2019-cu ildə 642 milyon 456 min manatadək düşüb. Bankın müştərilərə verdiyi kreditlər isə 17 milyon 23 min manat azalaraq 567 milyon 573 min manata geriləyib.
Keçən il ərzində Bankın depozit portfeli cüzi artaraq 466 milyon 76 min manatdan 470 milyon 845 min manata yüksəlib.
31 Dekabr 2019-cu il tarixində "Premiumbank" 120 milyon 347 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















