52 milyon manat verginin "Cinayət işi" ilə büdcəyə ödənilməsi təmin edilib
2019-cu il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksizsiz məhsulları satmaq və satış məqsədilə saxlamaq, idxal etmək, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı, saxta aksiz markalarını hazırlamaq, əldə etmək, saxlamaq, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalamaq, saxlamaq və ya satmaq faktları üzrə ümumilikdə 320 cinayət işi başlanılıb.
Vergilər Nazirliyinin yaydığı məlumata görə, hesabat dövründə əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 167-nin icraatına xitam verilib, 149 nəfər barəsində 126 cinayət işi məhkəməyə göndərilib.
İcraatına xitam verilən 167 cinayət işindən 82 iş üzrə vergi ödəyiciləri yayındırılmış vergiləri ibtidai istintaq zamanı tamamilə ödəyiblər. 2019-cu il ərzində 22 milyon 999,2 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Həmçinin, vergi borcu üzrə cinayət tərkibi yaradan və yerli vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 28,8 milyon manat vəsait ödənilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər tutularaq təhvil verilib, 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, ibtidai istintaqdan yayınan 355 nəfər dindirilməsi üçün məcburi qaydada gətirilib, 1260 şəxsin tapılaraq istintaqa gətirilməsi təmin edilib.
Hesabat dövründə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 374 vergi ödəyicisində 556 vergi nəzarəti tədbirləri həyata keçirilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində 43 vergi ödəyicisinə məxsus obyektlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi, 33 şəxsin vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 178 vergi ödəyicisinin 2.296 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




