Nazir: "Neftin bahalaşması manata müsbət təsir edir"
Neftin qiymətinin daha artmasından çox onun stabil qalması barəsində düşünməliyik"
"Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib. Bilirsiniz ki, biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Biz mütəmadi şəkildə karteli bununla bağlı məlumatlandırırıq". Bunu açıqlamasında Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, neftin qiymətinin 50-60 dollarlıq dəhlizdə formalaşması Azərbaycanı qane edir: "Mən deyərdim ki, bu gün vəziyyət yaxşıdır. Biz nəyə nail olduq? Yeni ildən etibarən neftin qiyməti stabilləşib. Azərbaycan üçün mühüm olan odur ki, dünya bazarında neftin qiyməti 50-60 dollar ətrafında formalaşsın. Qiymət bundan aşağı enərsə, Azərbaycan zərərlə üzləşir. Hesab edirəm ki, neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir. Bilirsiniz ki, OPEC və kartelə daxil olmayan ölkələrin nazirlərindən ibarət Monitorinq Komitəsi yaranıb. Biz işimizə buna müvafiq olaraq qururuq. Monitorinqlər bu ilin birinci yarısını əhatə edəcək. Komitə ayrı-ayrı ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsinə və bunun qlobal bazara təsirinə nəzarət edəcək. Mayın 19-da OPEC və kartelə daxil olmayan ölkələrin növbəti iclası keçiriləcək. Həmin iclasda Monitorinq Komitəsi hesabatını təqdim edəcək. Müxtəlif təkliflər var. Ancaq qərar konsensus əsasında qəbul edilməlidir. Mən ölkələrin adlarını çəkmək istəmirəm, amma bəzi ölkələr var ki, neft hasilatını artırır. Halbuki biz bunun əksinə nail olmaq üçün birgə səy göstəririk. Bilirsiniz ki, bu cür addımlar neftin qiymətinə mənfi təsir edə bilər. Görünən odur ki, bəzi ölkələr üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirlər. Biz neftin qiymətinin daha artmasından çox onun stabil qalması barəsində düşünməliyik. Bunun üçün tutarlı tədbirlərin görülməsinə ehtiyac var".
Nazir qeyd edib ki, neftin bahalaşması "qara qızıl" istehsal edən ölkələrin dövlət büdcələrinə müsbət təsir edib, onların milli valyutalarının möhkəmlənməsinə səbəb olub. "Şübhəsiz ki, neftin bahalaşması manata təsirsiz ötüşmür və biz bunu son proseslərdən də müşahidə edirik", - deyə N. Əliyev əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 15 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
51 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış




























