Artıq səs fayllarınızı bir neçə dəqiqəyə yazıya çevirə biləcəksiniz – AZƏRBAYCANDA İLK
Azərbaycanda ilk dəfə olaraq onlayn səsi yazıya çevirən servis istifadəyə verilib.
Layihənin meneceri Samir Abbasov “Marja”ya bildirib ki, yeni xidmət “Voicen” adlandırılıb.
Onun sözlərinə görə, “Voicen” - ən son dərin öyrənmə alqoritmlərindən istifadə edilməklə qurulan sistem gündəlik işi transkripsiya (səsi yazıya çevirmə) olan insanlar üçün əvəzsiz bir alətdir. Servisin köməyilə siz reportajları, YouTube videolarını, TV proqramları, kinoları və s. artıq saatlarla deyil, sadəcə dəqiqələr ərzində yazıya çevirə bilərsiniz. Bütün bunlar üçün servisdə bir neçə imkan bir araya gətirilib.
“Məsələn, sistem səsi yazıya çevirdikdən sonra süni intellekt vasitəsilə cümlələri bir-birindən ayırır, xüsusi isimləri böyüdür. Bundan başqa bəzi mümkün xətaların çox rahat və sürətli redaktə olunması üçün servis mətn redaktoru ilə də təmin edilib. Mətn redaktoru servisə yüklədiyiniz səs faylı ilə sinxron şəkildə işləyir. Seçdiyiniz istənilən sözü, söz birləşməsini və ya cümləni səsləndirə və redaktə edə, daha sonra alınan nəticəni istədiyiniz mətn fayl formatlarında (.txt, .doc, .srt, .json) kompüterinizə endirə bilərsiniz. Qeyd edək ki, sistemin bütün elementlərində süni intellektdən istifadə olunub, bu o deməkdir ki, sistemin öyrənmə qabiliyyəti var. Başqa sözlə, servis istifadə olunduqca özünü təkminləşdirir, yəni öyrənir”.
Sistem hazırda 4 dil - Azərbaycan, Türk, İngilis və Rus dillərini dəstəkləyir. Bundan əlavə proqramçıların istifadəsi üçün REST API da təmin edilib. Proqramçılar bu API-dan istifadə etməklə çox rahat şəkildə servisi öz proyektlərinə inteqrasiya edə bilərlər.
Servisi http://voicen.az/az/user/register/ linkindən qeydiyyatdan keçməklə dərhal pulsuz istifadə etməyə başlaya bilərsiniz. Hər bir yeni başlayan istifadəçiyə 20 dəqiqə bonus hədiyyə olunur. Bundan sonra davam etmək istəsəniz, dəqiqə başına sizdən kiçik bir məbləğ (dəqiqə başına 0,06 dollar və ya aylıq 12 dollar) tələb olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















