"İrana keçid artıb, yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur"
“İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyəti ilə görüşümüz dostluq-qardaşlıq münasibətləri çərçivəsində keçib”.
Bunu bu gün Astarada İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib.
E. Quliyev deyib ki, görüşdə yanaşı “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlər diqqət mərkəzində olub: “2018-ci illə müqayisədə 2019-cu ildə ölkələrimiz arasında sərhəd-buraxılış məntəqələrindən həm şəxslərin, həm nəqliyyat vasitələrinin keçidində çox ciddi artım var. Şəxslərin sayı təqribən 21.5 % artıb və bu, çox ciddi bir göstəricidir. Eyni zamanda nəqliyyat vasitələrinin sayında 13 % artım qeydə alınıb. İki ölkə arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir. Bütün bunlar hamısı ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Möhtərəm cənab Prezident İlham Əliyev daima Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də qürurla çalışırıq ki, möhtərəm Prezidentimizin bu tapşırıqlarının ən yüksək səylə icrasını təmin edək."
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















