"Cins atlar beynəlxalq sərgilərə və yarışlara çıxarılacaq"
Dilbaz atları ən qədim at cinslərindən biridir. Bu atlardan istər idmanda, istərsə də minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlüyü və dağlıq şəraitdə minik üçün uyğun olması ilə səciyyələnən Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı Ağstafada 15 hektar ərazidə müasir tələblərə cavab verən təsərrüfat salınıb. Burada ofis binası, qapalı yem anbarı, camaşırxana, tövlələr və digər tikililər var.
Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan Dilbaz Atçılıq təsərrüfatının rəhbəri Səlimxan Gülalıyev bildirib ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində atların baş sayının artırılması, keyfiyyət göstəricisinin yüksəldilməsi istiqamətində tədbirlər görülür: “Atlar hazırda tövlə şəraitində bəslənilir. Gələcəkdə Dilbaz atlarının əvvəlki şan-şöhrətini özünə qaytaracağıq. Bunun üçün kifayət qədər gücümüz var. Təsərrüfatda təcrübəli mütəxəssislər çalışır. Atlar xüsusi qrafiklə bəslənilir, hər gün onlara qulluq göstərilir”.
Onun sözlərinə görə, Dilbaz atları 1738-ci ildən başlayaraq bu günə qədər seleksiya nəticəsində təkmilləşdirilib, cins halına salınıb. Dünyanın müxtəlif sərgilərində nümayiş olunub və yüksək mükafatlara layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1997-ci ildə yaradılan təsərrüfata Şəki rayonun Daşüz sovxozundan cəmi 10 baş at gətirilmişdi. Hazırda isə təsərrüfatda Dilbaz atlarının sayı 137 başa çatıb.
Səlimxan Gülalıyev bildirib ki, dünyada olan 260 at cinsindən ölkəmizdə yalnız ikisi mövcuddur. Bunlar da, məşhur Qarabağ və Dilbaz at cinsləridir: “Bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisinə 5 milyon 30 min manat vəsait ayrılıb. Bu Sərəncam Dilbaz atının genefondunun saxlanmasına və gələcək nəslə ötürülməsinə xidmət edəcək. Çalışacağıq ki, dövlətimizin bu sahəyə diqqət və qayğısına əməli işimizlə cavab verək, Dilbaz atlarının şöhrətini özünə qaytaraq. Ümumiyyətlə, kompleksin tikintisi və istifadəyə verilməsi cins atların yetişdirilməsinə, onları beynəlxalq sərgilərə və yarışlara çıxarmağa imkan yaradacaq”.
Dilbaz atlarının cıdır yarışlarında da mühüm uğurları var. Çövkən milli oyunlarında iştirak üçün artıq komanda da formalaşdırılıb. Komandanın baş məşqçisi Elman Məmmədov hazırda qarşıdan gələn yarışlara ciddi hazırlaşdıqlarını deyir. “Bizim məqsədimiz yarışlarda qələbə qazanmaq, kuboklara sahib olmaqdır”, - deyə o bildirib.
Qeyd edək ki, Dilbaz atlarının uzunmüddətli xalq seleksiyası yolu ilə yaranması, yayıldığı arealın genişliyi, cinsin formalaşmasında ayrı-ayrı sülalələrin, şəxslərin iştirakı və digər amillər ona müxtəlif adların verilməsinə səbəb olub. Belə ki, orta əsrlərdən XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə kimi cinsin köhnə tiplərinin rəngindən asılı olaraq onu “göydəmir”, “göydəmir türk atı”, yaxud sadəcə “boz at” adlandırıblar. 1950-1960-cı illərdə bu at onun əsas vətəni hesab edilən bölgənin adı ilə “Qazax” adlandırılırdı. 1960-1970-ci illərdə müxtəlif sənədlərdə, kitablarda, elmi əsərlərdə “Qazax (Dəliboz)”, “Qazax (Diliboz)”, “Qazax (Azərbaycan)”, “Diliboz” və s. variantlar işlədildi. 1980-ci illərdə isə “Dilboz” yazılışına üstünlük verildi. Nəhayət bu məsələyə son qoyuldu, Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 22 avqust tarixli 392 saylı qərarı ilə cinsin adı rəsmi olaraq ilk dəfə, onu yetişdirən sülalənin adına uyğunlaşdırılaraq “Dilbaz” adlandırıldı.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)





