“Binə” və “Sədərək” üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ
“Binə” və “Sədərək”də sahibkarların kassa aparatsız işləyəcəkləri son tarix bəyan edilib
Vergilər Nazirliyi 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı böyük “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatlarının quraşdırılacağını bəyan edib.
“Marja”nın məlumatına görə, 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında Vergilər nazirinin müşaviri İlkin Vəliyev bildirib ki, kassa-nəzarət aparatları alan sahibkarlar dövriyyələrindən vergi qanunvericiliyinə uyğun vergiləri ödəyəcəklər:
““Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar pərakəndə ticarət qaydasında əldə etdikləri gəlirlərindən vergiyə cəlb olunmalıdırlar. Bütün ticarət mərkəzlərində, yarmarka və bazarlarda kassa-nəzarət aparatlarının quraşdırılması mərhələli şəkildə aparılacaq və 2021-ci ildə tam başa çatdırılacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələlər 2019-cu ildə başa çatmışdır. 3-cü mərhələ 2020-ci ildə icra ediləcəkdir. 2021-ci ildə də 4-cü mərhələ icra edilərək bütün ticarət və xidmət obyektlərində kassa-nəzarət aparatlarının quraşdırılması başa çatdırılacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























