Fevralın 1-dən əhaliyə xərcinin bir hissəsinin qaytarılmasına başlanır
Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.
Belə ki, ödənişi post terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.
"Marja"nın məlumatına görə, İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 Fevral tarixindən başlanılması nəzərdə tutulur.
“Əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi gedir. Artıq Əsasnamə layihəsi hökumətə təqdim edilib və qısa müddətdə təsdiq ediləcəyi gözlənilir. Paralel olaraq əlavə dəyər vergisinin geri qaytarılması prosesinə dair texniki tələblər hazırlanıb. Orada texniki xətalar çıxmadığı halda, ən uzağı, Fevralın 1-dən ƏDV-nin qaytarılması mexanizmi tam hazır olacaq və istehlakçılara təqdim ediləcəkdir”,- İlkin Vəliyev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























