Gömrükdən 1 ayda 402 milyon manatlıq vergi və rüsumlar
2019-cu ilin dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402 milyon 284,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin noyabr ayına nisbətən 11,4% çoxdur.
DGK-nın məlumataına görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin noyabr ayı ilə müqayisədə 23,6% artaraq 110 milyon 653,7 min manat olub.
Dekabrda ƏDV üzrə daxilolmalar aylıq ifadədə 6,3% artaraq 268 milyon 995,5 min manat, aksizlər üzrə 38,8% artaraq 18 milyon 780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3% azalaraq 3 milyon 855,2 min manat təşkil edib.
Ötən ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 milyard 408 milyon 625,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.
2019-cu il ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25,6% artaraq 1 milyard 109 milyon 477,14 min manat olub.
Həmçinin, hesabat ilində ƏDV üzrə daxilolmalar illik ifadədə 28,3% artaraq 3 milyard 4 milyon 82,95 min manat, aksizlər üzrə 46,9% artaraq 249 milyon 633,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,1% artaraq 45 milyon 431,64 min manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 d. əvvəl
-
- 18 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























