Bu gün Azərbaycanın ən böyük bankının yaranma günüdür
Bu gün Azərbaycan Beynəlxalq Bankı özünün yaranma gününü qeyd edir. Bank 28 il əvvəl, 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb.
Hazırda bir çox göstəricilərinə görə ölkəmizin və ümumilikdə Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur.
Yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili də uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub. Belə ki, 31 dekabr 2019-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard manat təşkil edib.
İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi qorunub. Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2019-ci il ərzində artaraq 1.13 milyard manatı ötüb. İl ərzində kredit portfeli 450 milyon manat artaraq 2.37 milyard manata çatıb.
Qeyd edək ki, bir neçə illik fasilədən sonra bank ötən il ilk dəfə olaraq 2018-cı ilin maliyyə nəticələrinə əsasən öz səhmdarlarına 150 milyon manat dividend ödəyib. Bu il isə Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırma prosesindən sonra ilk dəfə dövlət büdcəsinə iri məbləğdə mənfəət vergisi ödəyəcək.
Sistem xarakterli universal bank olan Azərbaycan Beynəlxalq Bankı real sektorun maliyyələşdirilməsində yaxından iştirak edir, kiçik və orta biznesin inkişafı, ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişləndirilməsindən ötrü davamlı layihələr həyata keçirir, müxtəlif sahələr üzrə cəmiyyətə fayda vermək üçün korporativ sosial məsuliyyət proqramları reallaşdırır.
Güclənən rəqabət mühitində bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ texnologiyaların tətbiqi, müştəri məmnuniyyətinin əldə olunması üçün ötən ilin sonlarından etibarən Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf strategiyası həyata keçirilməkdədir. Beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmış strategiya 2022-ci ilə qədər qarşıya qoyulmuş əsas hədəfləri nəzərdə tutur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
“Başlıca hədəflərimiz mükəmməl rəqəmsal təcrübəmizlə tanınmaq, korporativ və pərakəndə sahədə ölkənin lider banklarından olmaq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində rəqabətədavamlı bazar payına sahib olmaq, yüksək müştəri məmnuniyyəti qazanmaq, bank sektorunda ən yaxşı işəgötürən olmaq və əməliyyat gəlirliliyimizi ikiqat artırmaqdır. 2022-ci ilə qədər bu hədəflərə çataraq Azərbaycan Beynəlxalq Bankının bu günü və gələcəyinə olan yüksək inam və ümidləri doğruldacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























