İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına investisiyalarını 2 dəfə artırıb
İcbari Sığorta Bürosu (İSB) 2018-ci ildə qiymətli kağızlara investisiyalarını 3 dəfədən çox artırıb.
“Marja” Büronun 31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatına istinadən xəbər verir ki, İSB Dövlət Neft Şirkətinin və Maliyyə Nazirliyinin istiqrazlarını əldə edib. 2017-ci ilin sonunda 3 milyon 434 min 251 manat olmuş qiymətli kağızlara cəmi investisiyalar 2018-ci ilin sonunda 10 milyon 779 min 233 manata çatıb.
2017-ci ilin sonunda 3 milyon 434 min 251 manatlıq SOCAR istiqrazlarına malik olan İSB, 2018-ci ildə bu qiymətli kağızlara investisiyalarını 2 dəfədən çox artıraraq 7 milyon 812 min 577 manata qaldırıb.
İSB 2018-ci ildə 2 milyon 966 min 656 manatlıq Maliyyə Nazirliyi istiqrazları əldə edib.
31 Dekabr 2018-ci il tarixinə Büronun yerli banklarda 11 milyon 256 min 129 manat müddətli depoziti olub. Bu depozitlərə görə 1 milyon 1 min manat ehtiyat yaradılıb.
2019-cu ildə Büro bir bankdan 2 milyon 745 min manat əmanətini geri çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























