Şəmkirin istehsal və ixrac şirkətində geriləmə - ADI İLK ONLUQDAN ÇIXDI
İstixana və açıq sahə məhsullarının istehsalı ilə məşğul olan “Food Export Şəmkir” MMC-də işlərin yolunda olmadığına dair işarə var.
“Marja” xəbər verir ki, 2018-ci ildə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluğa daxil olan şirkətin adı bu il onluqda yoxdur.
“Food Export Şəmkir” MMC-nin ixracı 2017-ci ildə 20,2 milyon dollar ikən 2018-ci ildə 34 milyon dollara yüksəlmişdi. Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Food Export Şəmkir” təmsil olunmur. Onluqda hər birinin 11 aylıq ixracı 22 milyon dollardan yüksək olan şirkətlər təmsil olunub. Ya “Food Export Şəmkir”in ixracı 22 milyon dollardan azdır, ya da şirkət ixracını dayandırıb.
ŞƏMKİRDƏ BÖYÜK AQRAR KOMPLEKSDİR
"Food Export Shemkir" MMC Şəmkir rayonunun Dəllər Cəyir kəndində fəaliyyət göstərir. Şirkət istixanalara, meyvə bağlarına malikdir. Həmçinin şirkət Şəmkir və digər rayonlardakı istehsalçıların meyvə-təvərəz məhsullarını qablaşdıraraq Rusiyaya ixracı ilə məşğul olurdu.
2017-ci ilin Fevral ayında dövlət qeydiyyatın alınmış və 10 manat nizamnamə kapitalı olan “Food Export Şəmkir” MMC-nin qanuni təmsilçisi Hüseynov Tahir İslam oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























