Naxçıvan üçün mühüm müəssisə işə salındı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: "Naxçıvan şəhərində istifadəyə verilən yeni müəssisə muxtar respublikada daha bir sahədə idxaldan asılılığı aradan götürəcəkdir. Bu günə qədər muxtar respublikada plastik butulkalara olan tələbatın 70 faizi idxal hesabına ödənilirdi".
Müəssisənin istifadəyə verilməsindən sonra muxtar respublikada bu məhsullara olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.
Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və kollektivi təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri çoxdur. Daş duz, mineral və termal sular, dərman bitkiləri, travertin və mərmər muxtar respublikaya gəlir gətirən təbii sərvətlərdir. Bu gün muxtar respublikada təbii sərvətlərdən səmərəli istifadə olunur, yeni müəssisələr yaradılır, iş yerləri açılır. Eyni zamanda muxtar respublikada 20-dən artıq mineral su ehtiyatı vardır ki, onların da bir hissəsi istehsal olunur, daxili və xarici bazarlarda satışı həyata keçirilir. Mineral su istehsalı müəssisələrini xammalla təmin etmək üçün yeni istehsal sahəsinin yaradılmasına ehtiyac vardı. Vaxtilə Naxçıvan şəhərində şüşə qablar zavodu qurulmuşdu. Lakin muxtar respublikanın blokadada olması həmin müəssisənin xammalla təminatında çətinliklər yaratmış və nəticədə zavod 30 ildən artıqdır fəaliyyət göstərmir. Bu gün mineral sularla bərabər, muxtar respublikamızda müxtəlif meyvə şirələri və qazlı sular, spirtli içkilər də istehsal olunur. Həmin müəssisələri taralarla təmin etmək üçün plastik kapsul istehsalı müəssisəsinin qurulmasına ehtiyac var idi. Çünki plastik butulkaların daşınma və çatdırılma baxımından üstünlükləri çoxdur.
Ali Məclisin Sədri deyib: "Plastik kapsul və qapaq istehsalı sahəsinin avadanlıqları böyük dəyərə malikdir. İnvestisiya qoyuluşu çox vəsait tələb etdiyi üçün sahibkarlar bu müəssisənin qurulmasına risk etmirdilər. Lakin dövlət idxalın qarşısını almaq və tələbatı yerli istehsal hesabına ödəmək üçün müəssisənin maliyyələşdirilməsinə dəstək göstərdi. Müəssisənin qurulmasına 4 milyon 700 min manatdan çox vəsait sərf olunmuşdur ki, onun da 3 milyon 500 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən verilmiş kreditdir. Qalan vəsait isə sahibkar tərəfindən ödənilmişdir".
Ali Məclisin Sədri müəssisənin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.
Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında istehsal olunan mineral suların daxili və xarici bazarlara çıxarılması üçün lazımi işlər həyata keçirilir. Bulaqlardan səmərəli istifadə etmək üçün yeni müəssisələr yaradılır. Hazırda Badamlı qəsəbəsində ildə 100 milyon litrə yaxın “Badamlı” suyu istehsal edəcək yeni müəssisə qurulur. Bu müəssisələrin hər birinin xammalla olan tələbatı yeni istehsal sahəsi tərəfindən ödəniləcəkdir. Burada istehsal olunacaq plastik kapsullar xaricdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətli və ucuz olacaq, eyni zamanda sifarişçinin istəyinə uyğun ölçülərdə buraxılacaqdır. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın sərvətlərindən səmərəli istifadə olunmasına və ümumi inkişafa öz töhfəsini verəcəkdir.
Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib və müəssisəni işə salıb.
Məlumat verilib ki, 7500 kvadratmetr sahəni əhatə edən müəssisədə Kanada istehsalı olan avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. Gücü ildə 60 milyon ədəd kapsul və 80 milyon plastik qapaq olan istehsal xəttində 10 çeşiddə plastik kapsul və bir çeşiddə qapaq istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı burada hazır məhsul, xammal anbarı və digər xidmət sahələri də yaradılıb.
Müəssisənin fəaliyyətinin genişləndirilməsi su istehsalçılarının keyfiyyətli yerli taralarla təmin olunmasına və ixracın genişlənməsinə imkan verəcəkdir. Müəssisənin məhsullarının ölkəmizin digər regionlarına və Türkiyə Respublikasına da ixracı nəzərdə tutulur. İşçilər nahar yeməyi, xüsusi geyim formaları və nəqliyyat xidməti ilə təmin olunublar.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
-
16 d. əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
1 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
2 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
2 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
-
2 saat əvvəl
İyunun 30-nun hava proqnozu - yağış yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
Ən çox oxunanlar
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
"Bank olmaq istəməyən fintex, fintex deyil"
Rabitəbankdan 33 illik yubileyinə özəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
























