Ələkbərov: “LUKOIL” Azərbaycanda 2 layihə ilə maraqlanır
Rusiyanın “LUKOIL” neft şirkəti 2020-ci ilin birinci rübündə Azərbaycanla yeni layihələrin həyata keçirilməsi ilə bağlı danışıqları başa çatdırmağı planlaşdırır.
Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov məlumat verib.
“Hazırda Azərbaycanda danışıqlar prosesi davam edir və onu 2020-ci ilin birinci rübündə başa çatdırmağa ümid edirik. Biz iki layihə ilə maraqlanırıq, amma onların adını çəkməyəcəm, bu layihələrlə bağlı hələ müqavilələr imzalanmayıb”, - deyə o, “Kommersant” qəzetinə müsabisəində bildirib.
Şirkətin prezidenti əlavə edib ki, “LUKOIL” ilk xarici layihələrini Qazaxıstanda və Azərbaycanda həyata keçirdiyi üçün bu ərazilər ona yaxşı tanışdır.
Daha əvvəl V.Ələkbərov bildirmişdi ki, şirkət Xəzərin Azərbaycan sektorunda reallaşdırılan “Abşeron” layihəsində 20% pay əldə etmək istəyir.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























