Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“AzerGold” Tacikistanın “Aprelevka” şirkətilə birgə fəaliyyəti müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” Tacikistanın “Aprelevka” şirkətilə birgə fəaliyyəti müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Tacikistan Respublikasının “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri 16-22 dekabr tarixlərində Azərbaycanda səfərdə olublar.

 

Reklam_3_11

 Səfərin ilk günü “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında görüş keçirilib.

 

QSC-nin yaydığı məlumatda bildirilir ki, görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, həmçinin digər idarə heyətinin üzvləri və aidiyyatı şöbələrin rəhbərləri, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli, “Aprelevka” müştərək mədən müəssisənin baş mühəndisi Farrux Boboev, baş geoloqu Baxador Talbonov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

 

Qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib, təcrübə mübadiləsinin əhəmiyyətindən və əməkdaşlıq perspektivlərindən danışıb.

 

Tacikistanlı nümayəndə heyəti təcrübə mübadiləsi üçün yaradılan şəraitə görə təşəkkür edib, bu səfərin əməkdaşlıq baxımından səmərəli olacağını bildirib.

 

Səfər çərçivəsində qonaqlar “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində olublar. “Aprelevka” müştərək mədən müəssisənin mütəxəssisləri Çovdar mədənin qırma-ələmə, topa qələviləşdirmə sahələrində mövcud maddi-texniki baza ilə tanış olub, adsorbsiya desorbsiya və emal zavodu, laboratoriyaya baxış keçiriblər. Qonaqlara hasilat prosesi ilə yanaşı,  işçilərin sağlamlığının qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şərait və ətraf mühitin mühafizəsinə dair görülən işlər barədə də məlumat verilib.

 

Səfərin davamında nümayəndə heyəti Cəmiyyətin Ağyoxuş və Tülallar sahələrinə də baş çəkərək, geoloji kəşfiyyat, buruq-qazma işlərində istifadə edilən texnika və avadanlıqlarla tanış olub, kəşfiyyat işləri zamanı götürülmüş kern nümunələrinin saxlanıldığı anbarlara baxış keçiriblər. Cəmiyyətin mütəxəsisləri hasilat prosesinin bütün mərhələləri barədə ətraflı məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıblar.              

Daha sonra tərəflər geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar. Tanıtım-təcrübə səfəri tacikistanlı qonaqlarda dərin təəssürat yaradıb.

 

25.12.2019 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ