“Parkovka yerləri pulsuz olsa da, hamısından pul yığılır”
"Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki, hazırda Bakı şəhərindəki bütün parkovka yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa, bu qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur. Ona görə pulsuzdur ki, bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib”.
Bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz feysbukda yazıb.
O. Gündüzün sözlərinə görə, real vəziyyətdə isə bütün parkovkalardan pul yığılır: “Bir neçə gün öncə də mən parkovkaların, ümumiyyətlə yol hərəkətinin tənzimlənməsi ilə bağlı ötən il imzalanan Prezident fərmanının müvafiq bəndlərinin indiyədək də icra olunmadığını yazmışdım.
BNA rəsmisi bildirir ki Prezident Fərmanının icrası ilə bağlı, parkovka yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Lakin Nazirlər Kabineti hələlik bununla bağlı hər hansı addım atmayıb.
O da maraqlıdır ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar.
Yəni, Prezident fərmanının bu hissəsi dərhal icra edilib.
Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir, normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər.
Əslində isə bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın, onların Nazirlər Kabinetinə təsir imkanları da yetərincədir və hər gün toplanan qanunsuz vəsaitlər də bu maraqlı şirkətlərin cibinə gedir”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























