Aviaşirkət Rusiyanın 9 şəhərindən Bakıya reyslərə icazə aldı
“İkar” aviaşirkəti (Krasnoyarsk, “Pegas Fly” şirkətinin ticarət markası) Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin daşımalarını yerinə yetirmək üçün icazə əldə edib.
Bu barədə RF Nəqliyyat Nazirliyi yanında idarələrarası komissiyanın iclasının çərşənbə günü dərc olunan materiallarında bildirilir.
“İkar”ın reysləri ilə həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Minvodı, Orenburq, Perm, Rostov-na-Donu, Samara və Ufadan Azərbaycanın paytaxtına səfər etmək mümkün olacaq.
“İkar” aviaşirkəti MMC 1997-ci ilin iyul ayında yaradılıb. “Pegas Fly” şirkətinin bazası Krasnoyarsk aeroportunda yerləşir. Şirkətin Moslva və Xabarovskda filialları, həmçinin Quançjouda (Çin) nümayəndəliyi var. Aviaşirkətin parkı beş ədəd Boeing-767-300, iki ədəd Boeing-737-800, iki ədəd Boeing-737-900 və altı ədəd Embraer-190-100 təyyarəsindən ibarətdir.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























