Bakıda “Ukrayna Məhsulları”nın mərkəzi mağazası açıldı
Dekabrın 17-də Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı olub.
Ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski açılış mərasimində iştirak edib.
Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Ukrayna Məhsulları” ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır.
Diqqətə çatdırılıb ki, gələn ilin fevralında Bakıda “Ukraynska Xata” adlı restoran da istifadəyə veriləcək.
Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrindən və dostluq münasibətlərindən danışan Prezident Vladimir Zelenski deyib:
-Bizim dövlətlərimiz arasında tarixi münasibətlərimiz var. Mən düşünürəm ki, əlaqələrimiz təkcə qarşılıqlı iqtisadı maraqlara və investisiya mühitinə əsaslanmır. Əlaqələrimiz daha yüksək səviyyədədir. Hər şeydən öncə zənnimcə, bu, xalqlarımız arasında bir-birinə olan rəğbətdir. Xalqlarımız bir-birinə qarşı isti münasibət bəsləyirlər. Bu, mənim Bakıya Prezident kimi birinci səfərimdir, birinci olsa da, sonuncu olmayacaq. Düşünürəm ki, səfərlərin sayını artırmaq lazımdır. İstəyərdik ki, Azərbaycanın ticarət imkanları Ukraynada geniş təqdim olunsun və əksinə".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























