Dövlət Turizm Agentliyi beynəlxalq turizm təşkilatına üzv oldu
Dövlət Turizm Agentliyi Asiya - Sakit Okean Turizm Assosiasiyasına (PATA) üzv qəbul edilib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, Beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.
Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu şirkəti, hava limanı və kruiz təşkilatı, 108 qonaqpərvərlik şirkəti, 68 təhsil müəssisəsi və yüzlərlə turizm şirkəti daxil olmaqla, ümumilikdə 800-dən çox üzvə malik olan təşkilat 1951-ci ildən bəri fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır.
Bu barədə münasibət bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bunları deyib:
“Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə etdiyimiz Asiya-Sakit okean bölgəsi bizim üçün əsas bazarlardan biridir. Əlbəttə ki, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə və Azərbaycan ilə Asiya-Sakit okean regionu arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla, bu artıma dəstək və töhfə vermək istəyirik”.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın turizm potensialının Asiya regionunda təbliğ edilməsi və turistlərin cəlb edilməsi istiqamətində genişmiqyaslı təbliğat işləri aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















