Taksilər CNG qaz avadanlığı ilə təchiz ediləcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Petroleum” QSC və “Call Center” MMC (189 taksi xidməti) əməkdaşlığa başlayır.
Bu gün CNG qaz avadanlığının quraşdırıldığı taksilərin təqdimatı olub.
“SOCAR Petroleum”un baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib ki, bu layihə taksilərin xərcini xeyli azaldacaq: “Büdcə avtomobilləri CNG yanacağı ilə işlədikdə, 4 il ərzində maşının pulunu çıxarmaq mümkün olacaq. Həmçinin, CNG yanacağından istifadə ekoloji baxımdan havaya atılan istinaxa qazlarının ildə 4 ton azalmasına səbəb olacaq. Bu gün 189 taksi xidmətinin 5 belə maşını mövcuddur. Bu da bölgələrdə ümumilikdə havaya atılan istixana qazlarının 20 ton azalmasına səbəb olacaq”.
Onun sözlərinə görə, ölkədəki avtomobillərin 10%-i CNG yanacağına keçsə, havaya atılan karbon qazlarının həcmini ildə 560 ton azaltmaq mümkün olar: “Bu isə ümumi karbon qazlarının 2%-i deməkdir. Biz ekologiyaya dostcasına yanaşmaqla ona dəstək olmağa çalışırıq”.
E.Mustafayev həmçinin deyib ki, CNG yanacağının sızması nəticəsində ətraf mühit çirklənmir: “Azərbaycanda elə bir stereotip yaranıb ki, qazla işləyən və yaxud CNG yanacaqla işləyən avtomobillər daha təhlükəlidir. Amma burada heç bir təhlükə yoxdur. Bu gün dünyada 30 milyon ədəd CNG ilə işləyən avtomobil var. 2030-cu illərdə bu rəqəm 100 milyon ədədə çatdırılacaq. Bu da onu göstərir ki, CNG yanacağından istifadə heç də təhlükəli deyil və əksinə, tam təhlükəsizdir. Biz bütün avtomobil sahiblərini CNG yanacağından istifadə etməyə dəvət edirik”.
Şirkət rəsmisi əlavə edib ki, bu gün CNG-nin bir kubmetrinin qiyməti 45 qəpik təşkil edir və hər 100 kilometr üçün 4,5 manat qənaət etməyə imkan verir. Bunun üçün də taksi xidməti ilə əməkdaşlığa başlamışıq”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 21 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























