Avtomobil idxalı "qazda" - İKİQATA YAXIN ARTIM
2019-cu ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycana 39 min 988 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-noyabr dövründə ölkəmizə 22 min 714 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında 4 min 549 ədəd, Noyabrdında isə 4 min 531 nəqliyyat vasitəsi idxal edilib. Oktyabr 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.
O cümlədən, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 36 min 61 ədəd minik avtomobilləri, 494 ədəd avtobus, 3 min 261 ədəd yük avtomobili və 172 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr dövründə ölkəmizə 20 min 429 minik avtomobili, 235 ədəd avtobus, 1 938 ədəd yük avtomobili və 112 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























