Azərbaycanda xarici malların istehlakı artır
2019-cu ilin 9 ayında əmtəə idxalı ö.i.m.d.n. 2.9% artaraq 8.1 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.8 milyard dollar olmuş, bunun da 1.2 milyard dolları ərzaq məhsullarının payına düşüb.
“Marja” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında әmtәә idxalı 7.9 milyard dollar tәşkil etmişdi, o cümlәdәn istehlak mallarının idxalının ümumi dәyәri isә 3.6 milyard dollar olmuş, bunun da 1.1 milyard dolları әrzaq mәhsullarının payına düşmüşdü.
2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə idxal ötən ilin eyni dövrünə nəzərən cüzi (1%) artaraq 6.8 milyard dollar olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.5 dəfə), şəkərin (29.8%), dəmiryol nəqliyyat vasitələrinin (2 dəfə), dənli bitkilərin (49.2%), kağız məmulatlarının (20.4%), tərəvəz məhsullarının (21.1%) və kimya məhsullarının (26.9%) idxalı artmış, tütün və tütün məhsullarının (15%), alkoqollu və alkoqolsuz içkilərin (16.9%), mebel məhsullarının (3.7%), qara metal və ondan hazırlanmış məmulatların (1.8%) və ağac məmulatlarının (5.3%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 652 milyard dollar olmuşdur.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında qeyri-neft sektoru üzrә idxal 2017-ci ilin eyni dövrünə nəzərən 24.3% artaraq 6.7 milyard olmuşdu. Qeyri-neft idxalının strukturunda minik avtomobillәrinin (2.1 dәfә), kimya mәhsullarının (1.5 dәfә), qara metal vә ondan hazırlanmış mәmulatların (1.4 dәfә), mebel mәhsullarının (23.3%), kağız mәmulatlarının (18.3%), daş vә şüşә mәmulatlarının (23%), alkoqollu vә alkoqolsuz içkilәrin (29.2%) idxalı artmış, şәkәrin (1.7 dәfә), tütün vә tütün mәhsullarının (10.3%), tәrәvәz mәhsullarının (13.2%) idxalı isә azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gәtirilmiş maşın-avadanlıqların vә malların xüsusi çәkisi 9.8% tәşkil edәrәk 777.1 milyard dollar olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 22 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























