Turizm xidmətləri ixracından Azərbaycana daxil olan valyuta kəskin azalıb
2019-cu ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nəzərən 1.7 dəfə azalaraq 2.7 milyard dollar təşkil etmişdir.
“Marja” xəbər verir ki, bu, 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilib.
Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmәtlәrinin dövriyyәsi 6.4% artaraq 4.6 milyard dollar tәşkil etmişdi.
2019-cu ilin 9 ayı ərzində turizm xidmətləri üzrə ixracın (təxminən 1.4 milyard dollar) idxalı (təxminən 1.3 milyard dollar) üstələməsi nəticəsində 80 milyon dollar həcmində profisit yaranmışdır. 2019-cu ilin 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 18%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1.3 milyard dollar məbləğində olmuşdur. Bunun 90%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayı ərzində də xarici ölkәlәr tәrәfindәn Azәrbaycan rezidentlәrinә turizmlә bağlı göstәrilәn xidmәtlәrin dәyәri 1.3 milyard dollar mәblәğindә olmuşdu. 2018-ci ilin yanvar-sentyabr ayları әrzindә turizm xidmәtlәri üzrә profisit 370.3 milyon dollar olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























