3 yaşayış binası tikiləcək - 12 MİLYON MANATLIQ SİFARİŞLƏR
Bakı şəhəri, Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində 3 yaşayış binası tikiləcək.
“Marja” xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu “T.T.Ş-İnşaat” ММC və “Bakinşaat Group” ММC və “Tunel-Metro Inşaat” ММC ilə müqavilələr imzalayıb. “T.T.Ş-İnşaat” MMC 5 mərtəbəli 60 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi üçün Fonddan 3 milyon 347 min manat, “Bakinşaat Group” MMC 5 mərtəbəli 60 mənzilli 2 №-li yeni yaşayış binasının tikintisi üçün 3 milyon 401 min manat, “Tunel-Metro Inşaat” ММC isə 5 mərtəbəli 60 mənzilli 3 №-li yeni yaşayış binasının və videomüşahidə şəbəkəsinin tikintisi üçün 3 milyon 426 min manat alıb.
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu binaların xarici və sahədaxili qaz təchizatı, su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi, binaların ətrafında abadlıq və yaşıllaşdırma işləri, xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün də müqavilələr imzalayıb.
Fonddan “VS Enerji Servis” MMC xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün 616 min manat, “Konsept Holding” MMC abadlıq və yaşıllaşdırma işləri üçün 601 min manat, “Azərsutəchizattikinti” ASC su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üçün 535 min manat, “Tunel-Metro İnşaat” ММC xarici və sahədaxili qaz təchizatı işləri üçün 35 min manat alıb.
3 binanın tikilərək yaşayışa hazır vəziyyətə çatdırılmasına 11 milyon 962 min manat xərclənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
37 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























