“PMD Projects” yerli şirkətlər üçün “Satınalmalar Seminarı” təşkil etdi
(®) 05 dekabr tarixində Boulevard Hotel-də “PMD Projects” MMC-nin təşkilatçılığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin, eləcə də xarici şirkətlərin ölkəmizdəki nümayəndəliklərinin və xarici ölkə səfirliklərinin nəzdində fəaliyyət göstərən xarici ticarət palatalarının iştirak etdiyi növbəti “Satınalmalar Seminarı” keçirilmişdir.
“PMD Projects” MMC daxili bazarda fəaliyyət göstərən səriştəli şirkətlərlə əməkdaşlığını gücləndirmək, həyata keçirdiyi tikinti, təmir-bərpa işləri üzrə layihələrə yeni şirkətləri cəlb etmək və ümumiyyətlə, “PMD Projects” MMC haqqında, onunla əməkdaşlığın yolları, mövcud satınalma qaydaları barədə ətraflı məlumat vermək məqsədilə artıq üçüncü dəfədir ki, bu seminarı təşkil edir.
Tədbiri giriş sözü ilə “PMD Projects” MMC-nin İdarə heyətinin sədri Dəyanət Sədullayev açaraq şirkətin fəaliyyəti, həyata keçirilən işlər, sözügedən seminarın məqsədi barədə məlumat verib. Bildirib ki, mövcud və gələcək layihələrin icrası prosesində uyğun səriştəsi olan istənilən yerli şirkət “PMD Projects” MMC tərəfindən tam şəffaf şəraitdə təşkil olunan satınalmalarda iştirak etməyə dəvətlidir.
Daha sonra “PMD Projects” MMC-nin İdarə heyətinin üzvü, Satınalmalar üzrə direktoru Tural Vəzirov geniş təqdimatla çıxış edərək şirkət tərəfindən ötən dövrdə icra olunmuş, hal-hazırda icrası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan layihələr, eləcə də şirkətin satınalma qaydaları, tender prosesləri, “Tədarükçülərin idarə olunması” prosedurları, qiymət sorğusu və tender prosesi zamanı şəffaflığı təmin edilməsi məqsədilə istifadə olunan “Oracle Aconex” internet platformasından istifadə qaydaları haqqında geniş məlumat verib. Təqdimat bitdikdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sözügedən tədbirdə həm də “Kapital Bank” ASC tərəfindən korporativ müştərilər üçün nəzərdə tutulan korporativ kreditləşmə, faktorinq xidmətləri və bank zəmanətləri kimi bank məhsullarına dair ətraflı məlumatlar tədbir iştirakçılarına təqdim olunub. Həmçinin, “Kapital Bank” ASC və “PAŞA Sığorta” ASC xüsusi olaraq, PMD Projects MMC ilə əməkdaşlıq edən şirkətlərə tətbiq etdikləri tariflər ilə bağlı detallı informasiya veriblər.
Ümumiyyətlə qeyd edək ki, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi ilə əlaqədar yerli bazarın ixtisaslı şirkətləri “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına ([email protected]) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər. Həmçinin, şirkətə dair daha ətraflı məlumatı www.pmdprojects.az internet səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
6 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
6 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
6 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
7 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
7 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























