"Azərbaycanda gediş haqlarının kartla ödənişi sistemini istifadəyə verməyi planlaşdırırıq"
2020-ci ildə "MasterCard" Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sistemini istifadəyə verməyi planlaşdırır.
Bunu şirkətin Azərbaycan üzrə direktoru Erdem Çakar deyib.
“Müştərilərimizin avtobus, metro və qatarda öz kredit kartları ilə ödəniş edə biləcəkləri bu cür sistem artıq London, Moskva, Sankt-Peterburq, Kiyevdə fəaliyyət göstərir. Bu çox rahatdır, çünki hər il Bakıya çox sayda turist səfər edir və onların qatara biletlər almasına ehtiyac qalmayacaq”, - Çakar bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu proses tətbiq olunmaq üçün bir qədər mürəkkəbdir, lakin "MasterCard" bunun üzərində fəal işləyir. “Baku Kart ilə birgə digər bir ideya var. Bu ideya müəyyən limitə çatandan sonra kartın balansının avtomatik doldurulmasına yönəlib”, - Çakar qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə gələn il şirkət mobil telefon vasitəsilə nağdsız ödəniş sistemini tətbiq etməyi və Azərbaycanda ali məktəblərin tələbə kartı ilə əhatəsini genişləndirmək niyyətindədir.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























