Dövlət İdarəsi villa qiymətinə sərgi üçün dizayn və montaj sifariş verib
Dövlət Radiotezliklər İdarəsi "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri"ni satın alıb. Ehtimal ki, satınalma “Bakutel 2019” sərgisində iştirak ilə bağlıdır.
"Marja" xəbər verir ki, Dövlət Radiotezliklər İdarəsi satınalma müqaviləsini "Elcom" MMC ilə bağlayıb. Müqavilənin məbləği 600 min manatdır.
Dövlət Radiotezliklər İdarəsinin sərgi üçün bahalı dizayn, montaj və demontaj işləri sifariş etməsi diqqəti cəlb edir. 600 min manata "Nərimanov" metrosu yaxınlığında geniş 2 mənzil, Bakıya yaxın ərazidə isə yaxşı bir villa almaq olar.
Qeyd edək ki, hazırda davam edən “Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələrini nümayiş etdirir. Həmin qurumlardan biri də Dövlət Radiotezliklər İdarəsidir.
Bu il Dövlət Radiotezliklər İdarəsi "Elcom" MMC ilə ümumi məbləği 829 min manat olan 6 müqavilə bağlayıb. Ən böyükməbləğli müqavilə "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri"ni nəzərdə tutur.
10 manat nizamnamə kapitalı olan "Elcom" MMC-nin qanuni təmsilçisi Elnur Şəfiyevdir.
ÖTƏN İL 5 MİLYON MANATA YAXIN MƏNFƏƏT ƏLDƏ EDİB
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Radiotezliklər İdarəsi 2018-ci ili 4 milyon 684 milyon manat mənfəət ilə başa vurub. Ötən il İdarənin gəlirləri 12 milyon 672 min manat, xərcləri isə 7 milyon 988 min manat təşkil edib.
Dövlət Radiotezliklər İdarəsinin “Bakutel 2019” sərgisindəki stendi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib




























