Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda “Mercedes”in rəhbərliyi dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda “Mercedes”in rəhbərliyi dəyişdi

Azərbaycanda “Mercedes” avtomobillərinin rəsmi distribütoru “Avtokapital Azərbaycan” şirkətinin rəhbərliyində dəyişikliklər olub.

 

Şirkətdən verilən məlumata görə, mart ayından etibarən Orxan Hacıyev “Avtokapital Azərbaycan”ın yeni baş direktoru təyin edilib.

 

Qeyd edək ki, O.Hacıyev buna qədər “Mercedes” avtomobillərinin rəsmi dillerindən biri Abşeron Avtomobil Mərkəzinin rəhbəri olub.

 

“Avtokapital Azərbaycan”ın əvvəlki baş direktoru Eldəniz Məmmədov isə rəsmi distribütorun direktor müavini təyin edilib.

 

Abşeron Avtomobil Mərkəzinin rəhbəri vəzifəsinə isə şirkətin əməkdaşı Kamran Hüseynov seçilib.

 

© Fins.az

03.04.2017 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşet sağındakı reklam_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ