“Günay Sığorta”dan açıqlama
“Günay Sığorta” şirkətinin ötən ilin 10 ayı ilə müqayisədə geriləməsi haqqında məlumatlar yayılmışdır. Şirkət yayılmış məlumatlara ilə bağlı açıqlama yayıb.
Qeyd edək ki, məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının statistik göstəricilərinə əsasən qeyd edilmişdir. Lakin statistik göstəricilərdə texniki səhv olaraq şirkətin 9 aylıq yığımı 10 aylıq yığımı kimi təqdim olunmuşdur.
“Günay Sığorta”nın açıqlamasında deyilir:
“2019-cu il ərzində “Günay Sığorta” fəaliyyət istiqamətlərinin və satış kanallarının genişləndirilməsinə, sığorta portfelinin zərərlilik dərəcəsinin tənzimlənməsinə, əməliyyat fəaliyyəti üzrə mənfəət generasiyasına, yeni korporativ standartların tətbiqinə, bununla yanaşı qarşıya qoyulan bütün hədəflərə nail olmuşdur. Maliyyə göstəriciləri ilə yanaşı şirkət şimal və cənub regionlarında yeni filialların, eləcə də yeni iş yerlərinin açılmasını təmin etmiş və satış coğrafiyasını daha da genişləndirmişdir.
Regionlarda və Bakıda fəaliyyət göstərən satış nümayəndələrinin işlərini peşəkarlıqla yerinə yetirməsi nəticəsində 2018-ci ilin ilk 10 ayı ilə müqayisədə şirkətin yığımlarında artım müşahidə olunmuşdur. Belə ki, 2018-ci ilin 10 ayında 5 milyon 253 min 237 manat sığorta haqqı toplayan şirkət, 2019-cu ilin 10 ayında 5 milyon 996 min 178 manat sığorta haqqı toplamışdır. Şirkətin effektiv idarəetmə siyasəti, zərərliliyin düzgün tənzimlənməsi və zərərli fəaliyyət növlərindən geri çəkilməsi nəticəsində sığorta ödənişləri də azalmışdır. Belə ki, 2018-ci ilin 10 ayı üzrə 2 milyon 726 min 413 manat sığorta ödənişi edən şirkət 2019-cu ilin 10 ayında 1 milyon 497 min 99 manat sığorta ödənişi edərək fəaliyyətini uğurla davam etdirmişdir.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























