Noyabrda böyük sayda ipoteka krediti verilib
01.12.2019-cu il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyət istiqamətləri üzrə göstəriciləri açıqlanıb.
Fonddan “Marja”ya daxil olmuş məlumata görə, 01.12.2019-cu il tarixinədək 1 milyard 375 milyon 754 min 594 manat məbləğində 27677 ipoteka krediti verilib. 01.11.2019-cu il tarixinədə bu say 27113 ipoteka krediti idi. Beləliklə, Noyabr ayında ipoteka kreditlərinin sayı 564 artıb. Artım oktyabrda 114 təşkil etmişdi.
Cari ilin 11 ayı (01.01.2019-01.12.2019) ərzində isə 158 milyon 830 min manat məbləğində 2452 ipoteka krediti verilib.
01.12.2019-cu il tarixinə zəmanət verilmiş kreditlərin ümumi məbləği 52 milyon 609 min manat təşkil edib. 01.11.2019-cu il tarixinə İKZF tərəfindən zəmanət verilmiş kreditlərin məbləği 46 milyon 859 min manat təşkil etmişdi.
01.12.2019-cu il tarixinə İpoteka və Kredit Zəmanət Fondunun dövriyyədə ümumi məbləği 723 milyon 878 min manat təşkil edən istiqrazları olub.
01.12.2019-cu il tarixinə:
-Verilmiş ipoteka kreditlərinin sayı - 27677
-Verimiş ipoteka kreditlərinin məbləği - 1 375 754 594 AZN
-Zəmanət verilmiş kreditlərin ümumi məbləği - 52 609 000 AZN
-Dövriyyədə olan istiqrazların ümumi məbləği – 723 878 002 AZN
O cümlədən, cari ilin 11 ayı (01.01.2019-01.12.2019) üzrə göstəricilər:
-Verilmiş ipoteka kreditlərinin sayı - 2452
-Verimiş ipoteka kreditlərinin məbləği - 158 830 053 AZN
-Zəmanət verilmiş kreditlərin ümumi məbləği – 35 080 000 AZN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
16 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
22 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























