“Rostselmaş” 2020-ci ildə Azərbaycanda yığım istehsalına başlamaq niyyətindədir
“Rostselmaş” kombayn zavodu (”Rostselmaş” qrupuna daxildir) 2020-ci ildə Azərbaycanda yığım istehsalına başlamaq niyyətindədir. Bu barədə müəssisənin baş direktoru Valeriy Maltsev keçirdiyi mətbuat konfransında bildirib.
“Biz hələ ki, yalnız niyyət sazişi imzalamışıq. İndi Azərbaycandakı tərəfdaşlarımızdan biri ilə danışıqlar aparırıq. Orada müxtəlif illərdə bazar 150-300 maşından ibarət olub. Biz yığım istehsalı layihəsini 2020-ci ildə işə salmağı planlaşdırırıq. Gələn il 40-50 ədəd maşının yığılması nəzərdə tutulur”, - deyə o qeyd edib.
Xatırladaq ki, 22-23 noyabr tarixlərində Moskvada keçirilən Rusiya-Azərbaycan forumunda “Rostselmaş” və “Azərmaş” (avtomobil istehsalı ilə məşğul olur, təsisçiləri “Iran Khodro” və “AzEuroCar” şirkətləridir) arasında respublikada kombaynların yığım istehsalının təşkilini nəzərdə tutan niyyət sazişi imzalanıb. Sənəd Nova modelli kombaynların yığımının təşkilini nəzərdə tutur. Son 10 il ərzində “Rostselmaş” Azərbaycana 400 ədəd taxılyığan maşın tədarük edib.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
5 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 23 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
































