“Buta Airways” Ukraynanın daha bir şəhərinə reys açır - QİYMƏT
Loukost aviaşirkəti “Buta Airways” 23 dekabr 2019-cu ildən Bakıdan Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindan "Marja"ya daxil olçmuş məlumatda bildirilir ki, beləliklə, aviaşirkətin Ukraynadakı istiqamətlərinin sayı dördə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.
Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.
Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.
Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytından, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
4 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 22 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
































