70%-i kredit borclarından ibarət olan şirkətdə 7 milyon manata yaxın mənfəət
Bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı malların idxalı ilə məşğul olan “Aqrokimya” MMC maliyyə hesabatlarını yarımçıq dərc etdirib. Şirkət balans hesabatını ictimaiyyətə açıqlasa da digər hesabatlarını, o cümlədən mənfəət və zərər hesabatını gizlədib.
“Marja” xəbər verir ki, 2017-ci ildə sıfır olmuş bölüşdürülməmiş mənfəət 2018-ci ilin sonunda 6 milyon 679 min manat təşkil edib. Bu, şirkətin ötən ilki xalis mənfəətinə işarə edir.
Ötən il “Aqrokimya” MMC-nin cəmi aktivləri 8% artaraq 31 milyon 909 milyon manata yüksəlib. Aktivlərin 18 milyon 521 min manatını və ya 60%-ni debitor borcları, 12 milyon 205 min manatını və ya 38%-ni ehtiyatlar təşkil edib. Ötən il debitor borcları ("Aqrokimya"nın alacaqları) 1 milyon 734 min manat azalıb. 2017-ci ilin sonunda debitor borclar 20 milyon 255 min manat təşkil etirdi.
2018-ci ildə “Aqrokimya” MMC qısamüddətli kreditor borclarından 954 min manat azaldaraq 22 milyon 489 min manata endirib. Şirkət sair qısamüddətli öhdəliklərindən də 3 milyon 182 min manat azaldıb. Nəticədə “Aqrokimya” MMC-nin cəmi öhdəlikləri 4 milyon 137 min manat və ya 16,4% azalaraq 25 milyon 220 min manata düşüb. Şirkətin cəmi kapital və öhdəliklərinin 70%-i kreditor borclarından ibarətdir.
31 Dekabr 2018-ci il tarixində “Aqrokimya” cəmi 9939 manat nizamnamə kapitalına, 6 milyon 689 min manat cəmi kapitala malik olub. Cəmi kapitalın 6 milyon 679 min manatı bölüşdürülməmiş mənfəətdir.
“Aqrokimya” MMC 1991-cı ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
5 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 23 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























